24 Sentyabr 2016 12:54
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hatay vilayətində gənc əsgərlərin təlim keçdiyi Sərinyol Jandarma Təlim Alay Komandanlığında 100-ə yaxın əsgər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, komandanlıqda axşam yeməyindən sonra bəzi əsgərlər özlərini narahat hiss ediblər. İshal, mədə bulanması və qusma əlamətləri aşkar olunan əsgərlər birlik daxilindəki tibb məntəqəsinə aparılıblar. Özünü narahat hiss edən əsgərlərin sayı artdıqca birliyə təcili yardım çağırılıb. 100-ə yaxın əsgər çoxlu sayda təcili yardım avtomobilləri ilə Mustafa Kamal Universiteti Praktiki Sağlıq və Araşdırma Xəstəxanası ilə Antakya Dövlət Xəstəxanası, habelə yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Zərdab vurulan əsgərlər təkrar xidmət etdikləri birliklərə göndəriliblər.

Əsgərlərin yedikləri yemək və içdikləri sudan nümunələr götürülərək yoxlanılması üçün xəstəxanaya göndərilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər