İran neft hasilatını məhdudlaşdırmayacaq və onu sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu çərşənbə axşamı Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumunun kuluarlarında İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane bildirib.
"Biz OPEK-in konsultativ görüşündə (sentyabrın 28-də) sazişin imzalanmasına can atmırıq. İran öz neft hasilatını məhdudlaşdırmayacaq və onu sutkada 4 milyon barel səviyyəsinə çatdırmaq niyyətindədir", - deyə iranlı nazir qeyd edib.
O hesab edir ki, İslam Respublikası OPEK-dəki əvvəlki payını, yəni təşkilata üzv ölkələrin ümumi neft hasilatının 13%-ni geri qaytarmalıdır.