8 Oktyabr 2016 22:44
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi Demokratlar Partiyasının qurumlarına və seçki kampaniyalarına yönəlik kiber hücumlarla bağlı Rusiyanı ilk dəfə rəsmən ittiham edib və Moskvanı Amerikadakı seçkilərə təsir göstərməkdə suçlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Direktorluğu bununla bağlı ilk dəfə Rusiyanı rəsmən ittiham edən yazılı açıqlama yayımlayıb: “ABŞ kəşfiyyat qurumları bəzi Amerikan siyasi təşkilatları da daxil Amerika qurumlarının və və vətəndaşlarının elektron poçt hesablarının sındırılmasında Rusiya hökumətinin rolu olduğuna əmindir”.

Açıqlamada bildirilib ki, bu tədbirlərdə məqsəd seçkinin nəticəsinə təsir göstərməkdir: “Bu oğurluq və ifşalar Amerikada seçki prosesinə təsir etmək məqsədi daşıyır”. Həmçinin bildirilib ki, müxtəlif ölkələrin ictimai fikrinə təsir etməyə xidmət edən bu cür həssas kiber hücumlara ancaq yüksək səviyyəli rusiyalı rəsmilər icazə verə bilərlər.

Öz növbəsində amerikalı rəsmilərin bu ittihamları rəsmi Moskva tərəfindən rədd edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər