"Donbasdakı münaqişə zamanı 2533 ukraynalı hərbçi həlak olub".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko açıqlayıb. Onun sözlərinə görə, 2,5 il ərzində ümumilikdə Donbas döyüşləri zamanı 280 min ukraynalı Kiyev hökumətinin tərəfində döyüşüb.
Poroşenko Ukraynanın hərbi xərclərini də açıqlayıb. O bildirib ki, gələn il Ukrayna hökuməti hərbi xərclər üçün 426,6 milyon dollar ayırmaq niyyətindədir: "Əgər biz bir xalq, dövlət kimi sağ qalmaq istəyiriksə, ümumi daxili məhsulun 5 faizini hərbiyə yönəltməliyik".
Samir