Belarusun "Belavia" aviaşirkətinin Kiyevdən Minskə uçan təyyarəsi Ukrayna Təhlükəsizlik Xidmətinin tələbi ilə geriyə - Julyana aeroportuna qaytarılıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti təyyarə geri qayıtmayacağı təqdirdə Ukrayna qırıcılarının havaya qaldırılacağı barədə xəbərdarlıq edilib.
Məhz bundan sonra Belarus aviaşirkətinin təyyarəsi geriyə uçmalı olub. Təyyarə Kiyevdə yerə endikdən sonra Ermənistan vətəndaşı, Maydan hərəkatının əleyhinə çıxışları ilə tanınan Armen Martirosyan həbs edilib.
Bu insident Belarus və Ukrayna arasında narazılığa səbəb olub. Belarus liberal-demokratları Ukrayna hökumətinin insidentə görə üzr istəməsini tələb edirlər. "Belavia" şirkəti isə Ukraynadan təyyarənin geri qaytarılmasına görə kompensasiya gözləyir.
Nihad