"Rusiya və İranın iştirakı olmadan Suriya böhranını həll etmək mümkün deyil".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri deyib. Onun sözlərinə görə, bu ölkələrin danışıqlar prosesindən uzaqlaşdırılması yeni problemin yaradılması deməkdir:
"Buna görə də biz 1 il əvvəl Rusiya və İran da daxil olmaqla Suriyaya Beynəlxalq Dəstək qrupunu yaratdıq. Kimlərsə sual verir: Siz niyə bu insanlarla masa ətrafında otururusuz? Ona görə ki, onlarsız böhranın həlli ilə bağlı razılıq əldə edə bilmərik".
Kerri Suriya münaqişəsinin diplomatik həllinin mümkün olacağına inandığını deyib: "Bu problemi miqrantlara qəbz yazmaqla həll etmək mümkün deyil. Danışıqlar prosesi çox vacibdir. Bunun üçün hərtərəfli diplomatik fəaliyyət lazımdır".
Qeyd edək ki, oktyabrın 3-də ABŞ Rusiya ilə Suriyada sülhün bərqərar olması üçün apardığı ikitərəfli danışıqları dayandırıb.
Samir