29 Oktyabr 2016 12:01
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları 2016-cı ildə hərbi kəşfiyyata 17,7 milyard dollar xərcləyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Nazirlik bu nəticəyə gəlib ki, informasiyanın dərci hərbi kəşfiyyat proqramı çərçivəsində hər hansı gizli fəaliyyətin aparılmasını təhlükəyə məruz qoymur.

Bununla belə, məlumatda qeyd olunur ki, hərbi kəşfiyyatın büdcəsinə dair heç bir məlumat və hərbi kəşfiyyat proqramına heç bir detal ictimaiyyətə açıqlanmayacaq. Bu məlumatlar milli təhlükəsizlik səbəbindən əvvəlkitək gizli saxlanılacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər