Ərəb koalisiyasının hüsi üsyançıların nəzarətində olan Xodeyd şəhərinə aviazərbə endirməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.
Teleqraf.com-un "RİA Novosti"-yə istinadən xəbərinə görə, bu barədə bu gün "Röyter" yerli hakimiyyətə istinadən bildirib.
Koalisiya Xodeydə dünən axşam zərbə endirib. Ölənlər husi üsyançılar və Xodey yaxınlığındakı həbsxanada saxlanılan məhbuslardır. "Röyter" bildirib ki, həbsxanada 80 məhbus saxlanılıb. Aviazərbələr zamanı həbsxananın ərazisində 3 partlayış baş verib.
Nihad