Səudiyyə Ərəbistanının terror törətməyə cəhd edən iki şəxs həbs olunub.
Teleqraf.com CNN-ə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi terror cəhdlərinin qarşısının alındığını bəyan edib.
Suriya, Sudan və iki Pakistan vətəndaşı Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin futbol komandaları arasında Ciddə şəhərində keçiriləcək matçda terror aktı planlaşdırmadqa şübhəli bilinirlər.
Onların olduqları avtomobillərdən minalar tapılıb.
Saxlanılanların İŞİD terror qruplaşması ilə əlaqəli olduqları bildirilir.