Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kurtulmuş Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a reallaşan səfərinin nəticələrinə münasibət bildirib.
Onun sözlərinə görə, Bozdağ ABŞ rəhbərliyindən Gülənin ekstradisiyası və bu məsələ realllaşana qədər Türkiyəyə zərər verməməsi üçün həbsini istəyib:
"Ekstradisiya məsələsi ilə bağlı səmərəli danışıqlar baş tutub. Düzdür, sabah və ya biri gün Gülənin ekstradisiyası və ya həbsi real görünmür. Ancaq, bu məsələnin ən qısa müddətdə həllini tapması mümkündür. Məsələ ilə bağlı Türkiyə hökumətinin istəyi həm şifahi, həm də sənədlərlə Vaşinqtona təqdim edilib".
ABŞ-dan Gülən açıqlaması
ABŞ Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən xüsusi nümayəndəsi Fətullah Gülənlə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Türkiyənin təqdim etdiyi sənədlərdə həqiqət var: "Gülənin ekstradisiyası və həbsi bu sənədlərlə mümkündür. Ancaq sənədlər Gülənin iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişdən öncəki cinayətləri ilə bağlıdır".
Samir