16 Noyabr 2016 15:05
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Suriya və İraqda tarixi haqqı var".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, Yaxın Şərq bir vaxtlar Osmanlı imperiyasının tərkib hissəsi olub: "Lozanna razılaşmasından sonra bu sərhədlər dəyişib. Bu isə Türkiyənin işinə yaramır. Türklər İraqın və Suriyanın şimalını birləşdirmək istəyir. Rusiya bu məsələdə Türkiyəyə yardım etməlidir. Göstərilən ərazi paytaxtlardan idarə edilə bilmir. Türkiyə üçün İraqın və Suriyanın şimalı bizə Krım və Donbas kimidir. Krım və Donbas rus dünyasının parçasıdır. Orada həmişə ruslar yaşayıb".

Samir


Müəllif:

Oxşar xəbərlər