"Brexitdən sonra Böyük Britaniyanın xərcləri 55-65 milyard dollara qalxıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının hesabatında məlumat verilir.
Bildirilib ki, bu məbləğin böyük qismi Avropa Birliyi (AB) institutlarının sabiq işçilərinin təqaüdlərinin verilməsinə, Böyük Britaniya tərəfindən dəstəklənən AB ölkələrindəki infrastruktur layihələrin maliyyələşdirilməsinə və avropalı fermerlərin subsidiyasına xərclənəcək.
Əgər London AB qarşısında öz maliyyə öhdəliyini yerinə yetirməkdən imtina etsə, Brüssel Britaniya hökumətini beynəlxalq məhkəməyə verə bilər.
Qeyd edək ki, bu ilin iyununda Britaniyada keçirilmiş referendumda 52 faiz seçici Brexitin lehinə səs vermişdi.
Samir