"Türkiyə NATO üçün strateji cəhətdən çox önəmli tərəfdaşdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Şimalı Atlantika alyansının baş katibi Yens Stoltenberq deyib.
Brüsseldə təşkil olunancaq alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündən öncə açıqlama verən Stoltenberq iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhdə də münasibət bildirib: "Türkiyənin hərbi çevriişə cəhdin arxasında duran şəxsləri mühakimə etməyə haqqı var. Ancaq bu hüququn aliliyi səviyyəsində edilməlidir".
Baş katib Rusiya və Türkiyə arasında münasibətlərin yenidən yaxşılaşmasını məmnunluqla qarşıladığını deyib: "Rusiyaya məxsus qırıcının vurulmasından sonra ötən il Moskva və Ankaranı danışıqlara dəvət etmişdim. Münasibətlərin normallaşmasından məmnunluq duyuram".
Samir