25 Noyabr 2016 11:25
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçiriləcək prezident seçkilərindən öncə baş tutan teledebatlarda Respublikaçılar partiyasının namizədi Fransua Fiyon qalib gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, debatlar zamanı Fiyon seçicilərin 57, rəqibi Alen Jyuppe isə 41 faizinin səsini qazana bilib.

Debatda Fransada və xarici siyasətdə, xüsusilə Rusiya ilə münasibətlərdə islahatlar məsələsi müzakirə olunub. Jyuppe islahatların yüngül formasının və Rusiyaya qarşı sanksiyaların qalmasının tərəfdarı olduğunu deyib. Fiyon isə əksinə bəyan edib ki, işsizliyin azalmasına, sərt qənaət sayəsində ölkənin potensialının bərpasına və Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışacaq.

Fiyonun sözlərinə görə, Qərbin sanksiya siyasəti "uçuruma yuvarlanıb" və avropalı fermerləri müflis edib. O əlavə edib ki, Rusiya ilə Suriya məsələsində əməkdaşlıq etməyə hazırdır.

Jyuppe öz növbəsində Rusiya prezidenti Vladimir Putinlə münasibətlərin yaxşılaşdırılmasına qarşı çıxıb: "Seçkilərdə qalib gəlsəm, Rusiyanın Minsk danışıqlarında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini və Krımı işğaldan azad etməsini tələb edəcəm".

Samir


Müəllif:

Oxşar xəbərlər