Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyaya səfərə gedib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni naziri Moskvada Rusiyanın müdafiə naziri Serqey Şoyqu ilə görüşəcək.
Tərəflər Ermənistan və Rusiya hərbçilərindən ibarət Birgə qruplaşma haqqında dövlətlərarası razılaşmanın imzalanması, həmçinin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması məsələlərini müzakirə edəcəklər.