2 Yanvar 2017 22:25
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı İraqın Kərkük şəhərində mülki şəxslərdən şəhəri tərk etmək qarşılığında 600 dollar xərac alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Kərkükdəki Peşmərgə komandiri Albay Ənvər məlumat verib.

Onun sözlərinə görə, hər gün yüzlərlə insan İŞİD-in nəzarətindəki bölgələri tərk edir. İŞİD bölgəni tərk edən hər bir şəxsdən 600 dollar xərac alır.

İŞİD 10 iyun 2014-cü ildən Kərkükün Havicə kəndini hələ də əlində saxlayır.

Ayxan


Müəllif:

Oxşar xəbərlər