İraqın Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsi uğrunda əməliyyatlar davam edir. Bu əməliyyatlar Mosul sakinlərinin şəhəri tərk etməsi ilə nəticələnir.
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, yalnız son 5 gündə 13 min yerli sakin Mosuldan qaçıb.
BMT-nin mətbuat katibi Stafan Dyujarrikin sözlərinə görə, şəhər əhalisinin 50 faizi Mosulu tərk edib: "Hər gün 1600-2300 nəfər şəhəri tərk edir. Mosulda döyüşlər başlayandan sonra ümumilikdə 130 min nəfər Mosulu və ətraf qəsəbələri tərk edib".
Nihad