Serbiya tərəfindən müharibə cinayətlərinə görə axtarışa verilən Kosovanın sabiq baş naziri Ramuş Haradinay Fransanın Bazel-Müluz-Frayburq hava limanında saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş baş nazir təyyarədən düşərkən sərhəd polisi tərəfindən dindirilib və Müluz Prokurorluğuna təhvil verilib.
2004-cü ildə Serbiya tərəfindən beynəlxalq axtarışa verilən Haradinay 1998-1999-cu illərdə Kosovada gedən müharibə zamanı üsyançıların lideri olub. 2004-2005-ci illərdə ölkəsinin Baş naziri olmuş Ramuş Haradinay Haaqa Məhkəməsi tərəfindən iki dəfə bəraət alıb.