9 Yanvar 2017 18:20
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Ayətullah Əli Xamneyi keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə qəribə taziyə mətni yayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkələrdə müzakirəyə səbəb olan mətndə "Ayətullah" kimi tanınmış Rəfsəncani daha aşağı status sayılan "Höccətül İslam" titulu ilə yad olunub.

İran lideri sabiq prezidentlə 59 illik tanışlığını "biri-birimizə sevgimiz" ifadəsi yerinə "onun mənə qarşı dərin məhəbbəti zərər görmədi" şəklində çatdırıb.

Rəfsancaninin dövlətçilik sahəsində xidmətləri "çalışmaq" sözü ilə ifadə olunub.


Nəhayət, ali dini lider təziyə mətnində mərhumun "Allahdan yüksək dərəcələrə yetişməsi"ni (Uluvvi-dərəcat) diləmək əvəzinə ona "Allahdan rəhmət və mərhəmət" arzulamaqla kifayətlənib.

Bu ifadələr keçmiş dostlar arasında soyuqluğa işarə kimi yozulur.

MAHİR


Müəllif:

Oxşar xəbərlər