Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, insident 5-ci maddənin müzakirəsi zamanı baş verib.
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar. İki partiyanın millət vəkilləri arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir.
Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.