Yəməndə iki ildir davam edən toqquşmalar nәticәsindә azı 1400 uşaq həlak olub, 2400-dən çox azyaşlı isə xəsarət alıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Uşaqlara Yardım Fondu mәlumat yayıb.
Mәlumata görә, hazırda ölkədə 14 milyon uşağın təmiz suya, 1,7 milyon azyaşlının isə qidaya ehtiyacı var.
Qeyd edәk ki, ölkәdә davam edәn toqquşmalar sәbәbindәn 2 min mәktәb yerlә-yeksan edilib.
Samir