Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 150 min nəfərə çatır.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb. Beynəlxalq Miqrasiya Təşkilatı indiyə qədər şəhəri 148 min nəfərin tərk etdiyini açıqlayıb. Təkcə son həftə ərzində 12 min nəfərdən çox insan Mosulu məcburi tərk edib.