Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
"Prezidentlər Donbasda atəşkəsə dair razılaşmaya riayət edilməsinin vacibliyini vurğulayıblar. Almaniya və Fransa Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.
Qeyd edək ki, Ukrayna üzrə “Normand dördlüyü”nün son sammiti oktyabrın 19-da Berlində keçirilib.