İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 23-də Astanada keçiriləcək Suriya konfransı haqqında danışıb.
Teleqraf.com-un xəbərinə görə, görə, İran xarici işlər naziri ABŞ-ın Astana toplantısında iştirakına qarşı çıxıb. Cavad Zərif İran hökumətinin ABŞ-ın Astana görüşündə iştirakına qarşı olduğunu ifadə edib: “ABŞ-ın bu konfransda iştirakına qarşıyıq və onları biz dəvət etməmişik”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhrəm Qasımı da AFR xəbər agentliyinə açıqlamasında qeyd edib ki, Astana görüşü İran, Rusiya və Türkiyənin təşkilatçılığı ilə baş tutacaq: “Bu mərhələdə üçlük olaraq vəziyyəti qorumalıyıq. Bu formatın hər hansı bir şəkildə genişləndirilməsi nəticəsizlik riski yarada bilər. Bizim siyasi yanaşmamız bu formata başqa bir ölkənin daxil edilməməsi istiqamətindədir”.
Xatırladaq ki, Rusiya xarici işlər naziri S. Lavrov bundan əvvəl keçirdiyi mətbuat konfransında qeyd etmişdi ki, Suriya ilə bağlı sülhün əldə edilməsi görüşlərinə ev sahibliyi edəcək Astanaya Donald Tramp administrasiyasının dəvət edilməsinə müsbət yanaşdıqlarını qeyd edib.
Türkiyə xarici işlər naziri Çavuşoğlu da verdiyi açıqlamada qeyd etmişdi ki, Suriya ilə bağlı keçiriləcək Astana konfransında ABŞ-ın iştirakı məsələsində Rusiya ilə həmfikirdirlər.
Cavad