31 Yanvar 2017 13:10
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Məclisi Dövlət Dumasının üzvü Pavel Şperov sensasion iddia ilə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Krım Muxtar Respublikasından Dumaya seçilmiş millət vəkili Qazaxıstandakı rus torpaqlarının geri alınması zərurətindən danışıb.

Xaricdə yaşayan rus azlıqların problemlərinə həsr olunmuş dəyirmi masada çıxış edən Pavel Şperov deyib: "Biz böyük ölkəyik, mövcud gücümüzdən istifadə edərək dünyanın hər yerində öz mənafeyimizə uyğun addımlar atmalıyıq".

Qazaxıstanı hədəfə alan millət vəkili bu ölkədə rusların çoxluq təşkil etdiyi şimal bölgələrdən söz açıb: "Qazaxıstandakı soydaşlarımızı diaspor adlandırmaq düzgün deyil, çünki həmin ərazi bizdən müvəqqəti olaraq qoparılıb. Sərhədlər müvəqqətidir, biz həmin rus torpaqlarını geri alacağıq".

Duma üzvü bu arzunun yaxınlarda gerçəkləşdiriləcəyini deyib.

MAHİR


Müəllif:

Oxşar xəbərlər