2 Fevral 2017 14:20
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyanın Respublika partiyasında istefalar səngimək bilmir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sabiq baş nazir Ovik Abramyanın ardınca partiyada yüksək vəzifə tutan daha 13 nəfər istefa verib.

Bununla bağlı Respublika partiyasının nümayəndəsi Ruben Tadevosyan məlumat verib.

Qeyd edək ki, buna qədər Ovik Abramyanın qardaşı Henrik Abramyan, Ararat vilayətinin sabiq qubernatoru Rubik Abramyan, deputat Karen Poqosyan da partiyanı tərk edib.

Samir


Müəllif: