Səudiyyə Ərəbistanı mart ayından etibarən ABŞ, Avropa və Asiyadan olan alıcılar üçün neft qiymətlərini artıracağını elan edib.
Teleqraf.com "Report"a istinadən xəbər verir ki, asiyalı müştərilər üçün yüngül növ neft 0,3 dollar/barel artırılıb. ABŞ, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionu ölkələr üçün bütün növ neft məhsulları üçün qiymətlər bahalaşdırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in Vyanada hasilatın azaldılması ilə bağlı əldə etdiyi anlaşmaya ilk əməl edən ölkə olub və hasilatı təqribən 500 min barel/gün azaldıb.