4 Fevral 2017 16:18
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın öz qonşuları olan İraq, Suriya və Yəmənin daxili işlərinə müdaxiləsi önlənməlidir”.

Teleqraf.com-un məlumatına görə, Səudiyyə Ərəbistanı müdafiə nazirinin baş müşaviri, general Əhməd Əsiri BBC-yə müsahibəsində İranın region ölkələrinin daxili işlərinə qarışmasından və bölgənin sabitliyini pozmağa cəhdindən danışıb:

“İranın region ölkələri ilə rəftarını dəyişməsinin vaxtı çatıb. Səudiyyə Ərəbistanı ilə Amerikanın bəzi məsələlərlə bağlı taktikaları arasında fərq ola bilər. Buna baxmayaraq, ölkələrimiz strateji baxımdan biri-biri ilə tam uyğun və həmahəng hərəkət edirlər. Bizim mövqeyimiz möhkəmdir. Biz dünya birliyinin və beynəlxalq qanunların yanındayıq.

Ümid edirik ki, Amerikanın cari ildə İrana qarşı təzyiqi daha da güclənəcək. Əgər amerikalılar İranı öz sərhədlərinə qədər geri çəkilməyə vadar etməyin əhəmiyyətini dərk etsələr çox yaxşı olar. Bizim buna ümidimiz böyükdür”.

Samir


Müəllif:

Oxşar xəbərlər