Milyarder və hərbi xidmət veteranı Vinsent Viola ordu naziri postundan imtina edib. Teleqraf.com-un məlumatına görə, bu barədə “Röyters” məlumat yayıb.
“Müdafiə naziri Mettis bundan məyusdur, amma cənab Violanın seçimini başa düşür və ona hörmətlə yanaşır”, - Pentaqonun məlumatında belə deyilir. Bununla belə qeyd olunur ki, Mettis yaxın vaxtlarda yeni namizəd irəli sürəcək.
Agentlik KİV-lərdə yayılan məlumata istinadən əlavə edir ki, Viola ailə biznesini buraxmaq istəmədiyi üçün nazir vəzifəsindən imtina edib.
ABŞ prezidenti Donald Tramp V.Violanın ordu naziri postuna namizədliyini dekabrda irəli sürmüşdü.
Səxavət