Avropa İttifaqı martın ortalarında Rusiyanın və Ukraynanın 100 vətəndaşına qarşı sanksiyaların müddətini daha yarım il uzada bilər.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Brüsseldəki mənbələrdən Bloomberg-ə daxil olan məlumata görə, iş adamlarına və bəzi banların sahiblərinə tətbiq ediləcək sanksiyalar aktivlərin dondurulmasını və Avropa ölkələrinə girişə qadağa qoyulmasını nəzərdə tutur.