Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında yerləşən və Suriya müxalifətinin nəzarətində olan İdlib şəhərinə hava hücumu təşkil edilib və nəticədə 26 nəfər öldürülüb.
Teleqraf.com xarici mediaya əsasən xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı hücum zamanı həyatını itirənlərdən 10 nəfərinin qadın olduğunu bəyan edib. Eyni zamanda qeyd edilib ki, hücumda Fəth əl Şam ("Əl Nusra") Cəbhəsinin mərkəzi vurulub.
Accociated Press Agentliyi qeyd edib ki, hava hücumları dekabrından sonunda Türkiyə və Rusiya qarantiyası ilə əldə olunan atəşkəs razılaşmasının qüvvəyə minməsindən bu yana ən ciddi hava hücumu hesab oluna bilər.
İdlibdə yaşayanlar və xilasetmə mütəxəssisləri hava hücumunun Rusiya tərəfindən həyata keçirildiyini bəyan ediblər. Lakin Rusiya Müdafiə Nazirliyi bu xəbəri təkzib edib.
Cavad