12 Fevral 2017 00:28
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Antoniu Quterriş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya və İraqdakı vəziyyəti, habelə Kipr nizamlanmasını müzakirə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT mətbuat xidmətinin məlumatında bildirilir. Görüş BMT baş katibinin Yaxın Şərqə ilk turnesi çərçivəsində Türkiyəyə səfəri zamanı İstanbul şəhərində baş tutub.

Məlumata görə, baş katib Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə Türkiyə prezidentinə təşəkkürünü bildirib.

Baş katib Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edib. “Lakin bu səylər xalqın dəstəkləyəcəyi siyasi qərar olmadan uğursuz olacaq”, - deyə məlumatda bildirilir.

Tərəflər həmçinin İraqdakı vəziyyəti müzakirə ediblər. Qutteriş qeyd edib ki, Mosulun və ölkənin digər rayonlarının İŞİD-dən azad olunması uğrunda aparılan əməliyyatlar konfessiyalararası ziddiyyətləri şiddətləndirməməlidir: “Terrorla mübarizə milli barışıq simvoluna çevrilməlidir”.

BMT baş katibi və Türkiyə prezidenti həmçinin Kipr nizamlanmasındakı vəziyyəti müzakirə ediblər. Bu mövzuda diskussiyanın təfərrüatları açıqlanmır.


Müəllif:

Oxşar xəbərlər