Şimali Koreyanın ballistik raketlərin hazırlanması proqramı ABŞ üçün ciddi təhlükə kəsb edir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərlə söhbət zamanı Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis deyib.
Devis deyib ki: "Şimali Koreyanın ballistik raketlərin hazırlanması proqramı ABŞ-ın təhlükəsizliyi üçün dəqiq və ciddi təhlükə kəsb edir. Biz Şimali Koreyanın ballistik raketlərindən özümüzü qorumağa qadirik və biz ABŞ-ın ərazilərinə, vətəndaşlarına və müttəfiqlərinə qarşı olan təhlükənin aradan qaldırılmasında və qarşısının alınmasında bütün zəruri tədbirləri görəcəyik".