Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə ikitərəfli görüş başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşlə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin departament rəhbəri Heydərbəy Tumatov məlumat verib.
O bildirib ki, Suriya danışıqlarının üzvləri konstitusiya məsələləri üzrə işçi qrupunun yaradılmasını müzakirə edəcəklər. Tumatov əlavə edib ki, toplantı çərçivəsində Suriya hökumət üzvləri ilə müxaliflərin nümayəndələri arasında görüşün keçirilməsi, yekun sənədin imzalanması və atəşkəs rejiminə nəzarət olunması üçün müşahidə qrupunun yaradılması gözlənilir.
Samir