17 Fevral 2017 12:14
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Sind əyalətinin Sehvən şəhərində tanınmış sufi filosofu və şairi Lal Şahbaz Qələndərin məqbərəsində dəhşətli terror aktı törədilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 72 nəfər həlak olub, 250 nəfər yaralanıb. Həlak olanların 43-ü kişi, 9-u qadın və 20-si uşaqdır.

Məlumatlara görə, terrorçu-kamikadze ziyarətgaha girərək, özünü partladıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Hadisədən dərhal sonra Pakistan-Əfqanıstan sərhədi təhlükəsizlik səbəbindən qeyri-müəyyən vaxta kimi bağlanıb.

Hücumdan sonra Pakistan ordusu bölgədə anti-terror əməliyyatı keçirib. Yerli polisin yaydığı məlumatda əməliyyat zamanı 36 terrorçunun öldürüldüyü bildirilir.

Samir


Müəllif: