Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin vəfat edib. Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomat doğum gününə bir gün qalmış Nyu-Yorkda dünyasını dəyişib. Belə ki, V.Çurkin 1952-ci il fevralın 21-də dünyaya gəlibmiş.
“Rusiya Xarici İşlər Nazirliyi dərin hüznlə bildirir ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali İvanoviç Çurkin fevralın 20-də, Nyu-Yorkda özünün 65 ilik yubileyinə bir gün qalmış qəfildən vəfat edib. O iş postunda olarkən dünyasını dəyişib”, deyə Rusiya XİN-in məlumatında bildirilir.
Səxavət