21 Fevral 2017 12:27
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin paytaxtı Stokholmun Rinkebi rayonunda insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. İsveç polisi şübhəli şəxsi metro stansiyasında yaxalamağa çalışıb. Bu zaman naməlum maskalı şəxslər polisə hücum ediblər. Onlar polislərə daş və şüşə qırıqları atıblar. Hadisə zamanı bir polis xəsarət alıb.

Bundan sonra maskalı şəxslər polis avtomobillərinə od vurublar. Hadisə yerinə dərhal əlavə polis qüvvələri cəlb edilib. Hücumçular qaçmağa müvəffəq olublar. Polis hadisənin səbəblərini və maskalı şəxslərin kimliyini araşdırır.

Məlumatlara görə, polisin təqib etdiyi şübhəli şəxs gecə vaxtı küçədə tək gəzən isveçli qadınlara təcavüz etməkdə ittiham olunan miqrantdır. İlkin ehtimallarda maskalı şəxslər də bu şəxsin yaxınları olub.

Qeyd edək ki, son günlər İsveçdə qadınların miqrantlar tərəfindən zorlanması halları artıb. Belə hadisələr əsasən, gecə saatlarında baş verib. Buna görə də İsveç polisi qadınlara gecə saatlarında küçəyə çıxmamaqla bağlı müraciət edib.

Samir


Müəllif: