“Mən heç bir ittihamdan qorxmuram, bunlar sadəcə, spekulyasiyadır”.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan vəzifədə olduğu müddətdə orduda sui-istifadə halları ilə əlaqədar ona qarşı cinayət işinin başlayacağı barədə xəbərlərə münasibət bildirərkən deyib.
O, ölkəsi və vətəni qarşısında ədalətlə xidmət etdiyini vurğulayıb: “Əgər hansısa problemlər vardısa, vaxtında tədbir görülərdi. Mən heç nədən qorxmuram, bu gün müxtəlif şərhlər verilir və əsas hədəf mənəm”.
Yeni müxalifət liderinin fikrincə, hakimiyyətin nə axtardığını anlamır: “Silahlı qüvvələr üzərində vətəndaş nəzarəti anlayışı mövcuddur, bu işin bir hissəsini müdafiə nazirinə tabe olan nəzarət xidməti həyata keçirirdi. Fəaliyyətimin əsas hissəsini korrupsiya riskləri ilə mübarizəyə həsr etmişəm”.
Qeyd edək ki, müxalif blokla apreldə ölkədə baş tutacaq seçkilərə qatılmağa hazırlaşan Ohanyan 2015-ci ilin noyabrında İrəvanda saxlanılan silahlı qruplaşmaya dəstək verməkdə ittiham olunur. Məlumatlara görə, Ohanyanın seçkilərdə qalib gələ biləcəyindən qorxuya düşən Serj Sarkisyan bu addımla onu zərərsizləşdirməyə çalışır.
Nərgiz