24 Fevral 2017 12:17
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni şovinistləri öz himayardarlarının və havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqrım törədib. Ötən əsrdə ermənilər yüz minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib. İrəvan, Göyçə, Zəngəzur və digər yerlərdə qətliamlar törədiblər. Həmçinin Qarabağda əsasız olaraq status əldə ediblər. XX əsrdə Qərbi Azərbaycandan bir milyondan çox insan qovulub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə Xocalı soyqrıımı ilə bağlı müzakirələrdə deyib.

Spiker bildirib ki, ermənilər Azərbaycan ərzilərinin 20 faizini işğal edib: “Dağlıq Qarabağla yanaşı, ətraf rayonlarımız da işğal edilib. Bu işğal siyasəti nəticəsində azərbaycanlılara qarşı bir neçə dəfə soyqrım aktı həyata keçirilib. Qaradağlı kəndində ermənilər 80 nəfər azərbaycanlını işgəncə verərək öldürüb, kənd tamamilə yandırılıb. Xocalı soyqırmı isə bu soyqrımlar içərisində ən dəhşətlisidir”.

Milli Məclis sədri daha sonra əlavə edib ki, mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilib, bu haqda Azərbaycan Milli Məclisinin qərarı olub.
Xocalı soyqrımı ilə bağlı Azərbaycan dövlətinin bir sıra istiqamətdə işlər apardığını qeyd edən spiker xatırladıb ki, bunun nəticəsi olaraq bir sıra ölkələrin parlamenti Xocalıda baş verən dəhşətli cinayəti soyqrım aktı kimi qəbul edib.

Spiker əlavə edib ki, 2003-cü ildən sonra Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyada “Xocalıya Ədalət” kampaniyasına start verilib: “Milli Məclisin deputatlarının da bu məqsədlə fəaliyyəti olub, tədbirlərdə iştirak ediblər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər