4 Mart 2017 17:19
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillerson bu ay Yaponiya, Çin və Cənubi Koreyaya səfər etməyi planlaşdırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı gündəlikdə əsas məsələ Koreya Xalq Demokratik Respublikası (KXDR) olacaq. Hazırda Reks Tillersonun regiona səfərinin daha dəqiq tarixi müəyyənləşdirilir.

ABŞ dövlət katibinin martın 17-18-də Yaponiyanı ziyarət edəcəyi gözlənilir. Tokioda o, yapon həmkarı Fumio Kişida ilə danışıqlar aparacaq. Tərəflərin ABŞ Prezidenti Donald Trampın cari ildə Yaponiyaya planlaşdırılan səfərinin detallarını müzakirə edəcəyi də gözlənilir.

Reks Tillersonun Pekində xarici işlər naziri Van İ və Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü nəzərdə tutulur.

Seulda isə ABŞ-ın dövlət katibi Cənubi Koreyanın xarici işlər naziri Yun Byon Se ilə son vaxtlar Koreya yarımadasında yaranmış vəziyyəti və KXDR liderinin qardaşı Kim Çen Namın qətli məsələlərini müzakirə edəcək.


Müəllif:

Oxşar xəbərlər