8 Mart 2017 01:51
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev çərşənbə axşamı ABŞ-da yaşayan yəhudilərin ünvanına yönələn təhdidləri pisləyib. Bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser jurnalistlərə deyib.

"Biz yeni anti-semit təhdid və nifrət dalğasını ən qəti şəkildə pisləyirik", — deyə Şon Spayser bildirib.

Bundan əvvəl daxil olan təhlükə səbəbi ilə Nyu-York, Viskonsin və Florida ştatlarında yerləşən yəhudi mərkəzləri təxliyə edilib. Ötən həftə üç yəhudi qəbiristanlığı təhqir edilib. Təhdid alan təşkilatların sayı yüzü keçib.

/Virtualaz.az/


Müəllif:

Oxşar xəbərlər