12 Mart 2017 11:11
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Niderland tərəfindən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə qadağa qoyulmasını anlaya bilmirəm".

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu Niderlandın sabiq XİN rəhbəri Ben Bot deyib.

"Niderland hökümətinin türkiyəli nazirin təyyarisinin enişinə qadağa qoymasını anlamaq olmaz. Hesab edirəm ki, bu cür yanaşma Niderlandda keçiriləcək seçkilərlə bağlıdır", - Bot deyib.

Onun sözlərinə görə, bu yanlış addım Niderlandın həmişə müdafiə etdiyi demokratiya dəyərlərini və insan hüquqlarını pozur. O, qeyd edib ki, Lüksemburqun qərarı Türkiyə və Niderland arasında iqtisadi münasibətlərin pisləşməsinə səbəb ola bilər.


Müəllif:

Oxşar xəbərlər