12 Mart 2017 12:47
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Mosul şəhərinin qərb hissəsinin İŞİD terrorçularından azad edilməsi əməliyyatını davam etdirir.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, general Maan əl-Saadi artıq şəhərin 1/3-dən çox hissəsinin terrorçulardan azad edildiyini bildirib.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.


Müəllif:

Oxşar xəbərlər