Braziliya prezidenti Maykl Temer ölkədə zay ət məhsullarının satışı və ixracatı ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, M.Temer qeyd edib ki, olay həddindən artıq şişirdilsə də, baş verənlər "iqtisadi utanc"dır.
Xatırladaq ki, dünyanın ən böyük ət ixracatçısı olan Braziliyada 21 şirkət vaxtı keçmiş ətlərin istifadə müddətinin uzadılması, ətlərə su və kimyəvi maddələr vurması üzündən məhkəyə cəlb edilib. Məhkəmə 3 şirkətə ət satmağı qadağan edib.
İddia olunur ki, şirkətlər vaxtı keçmiş ətlərdən gələn pis qoxunu ört-basdır etdirmək üçün potensial kanserogen maddeə olan askorbik maddəsindən istifadə ediblər.
Satışdakı ətlərin Kənd Təsərrüfatı Nazirliyinin müfəttişlərinə verilən rüşvət qarşılığında bazara çıxarıldığı bildirilir. Polis şirkətlərin hətta siyasətçilərə də pul verdiklərini iddia edir.
Polis faktla bağlı 36 nəfəri həbs edib.
Avropa Birliyi, o cümlədən, ət idxalçıları olan ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Malayziya Braziliyadan fakt üzrə aparılan istintaq barədə ətraflı məlumat verməyi tələb ediblər.