23 Mart 2017 11:09
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Dabbo şəhər aeroportunda “Rex Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərriklərdən birində baş verən nasazlıq səbəbindən qəza enişi edib.

Bu barədə ABC telekanalı məlumat yayıb. Göyərtəsində 26 sərnişin olan təyyarə Dabbodan Sidneyə uçurmuş.

Avstraliya Mülki Aviasiyanın Təhlükəsizliyi İdarəsi təyyarənin məcburi enişi ilə bağlı təhqiqata başlayıb. Bildirilir ki, həmin şirkətə məxsus digər bir təyyarə ötən həftə havada vintlərdən birini itirdiyinə görə qəza enişi edib.


Müəllif:

Oxşar xəbərlər