ABŞ-ın Ohoyo ştatındakıCincinnati şəhərində gecə klubuna silahlı hücum olub. Bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, "Cameo" adlı gecə klubunda əylənənlərə atəş açan şəxs 15 nəfəri vurub. Yaralılar arasında durumu ağır olanlar var.
Hücum edən şəxsin qaçdığı bildirilir.