30 Mart 2017 09:15
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Jozef Votel İranın bölgədə sabitliyi pozan fəaliyyətindən və onun region ölkələrinin daxili işlərinə müdaxiləsindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bununla bağlı fikirlərini Amerika Nümayəndələr Palatasının komitəsində çıxışı zamanı səsləndirib.


General bildirib ki, istər hərbi, istərsə də qeyri-hərbi üsullarla İranın bölgənin sabitliyinə qarşı təxribat xarakterli fəaliyyətinə son qoyulmalıdır: “İran bütün regionda sabitliyə və əmin-amanlığa qarşı ən böyük təhdidin əsas mənşəyidir. İran regiondakı vəziyyətdən sui-istifadə edərək, bölgənin sabitliyinə qarşı fəaliyyətini gücləndirib. Bu ölkə regionda fəaliyyət göstərən müxtəlif qruplaşmalara yardımlar çatdırılmasını sürətləndirərək, öz hədəflərinə nail olmağa çalışır, kiber fəaliyyətini genişləndirir.


Hesab edirəm ki, biz İranın bölgədəki fəaliyyətini dəyərləndirməli, onun regionda həyata keçirdiyi bütün hərəkətlərini ifşa etməli və onu atdığı hər bir addımına və ya əməlinə görə cavabdeh olmağa məcbur etməliyik. Mən İranın sürət qayıqlarının beynəlxalq sularda gəmilərimizə qarşı vaxtaşırı təhrikçi hərəkətləri barədə məlumatlar alıram. Ötən il bu kimi hallar 300 dəfə təkrar olub. Bu qəbuledilməzdir. Biz isə həmişə bu məsələni diqqət mərkəzində saxlayırıq.

Bizim İran xalqına və İran rəhbərliyinə olan münasibətimiz və fikrimiz tam fərqlidir. Bizim İran xalqı sarıdan heç bir narahatlığımız yoxdur. Bizim nigaranlığımıza səbəb İranda hakimiyyətdə olan radikal qüvvələr və inqilab şurasıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər