Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin Şərqi Qüdsdə yeni yaşayış evlərinin tikintisi ilə bağlı dünən çıxardığı qərara sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açıqlmada qərarın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğu bildirilib:
"İsrail işğal altındakı Fələstin torpaqlarında 2 min yaşayış evinin tikintisi ilə bağlı qərar verib. Biz bu qərarı qəti şəkildə qınayırıq və İsrail tərəfinin bu kimi addımlarını qəbuledilməz hesab edirik".
Samir