7 Aprel 2017 14:45
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın gecə saatlarında Suriyadakı Şayrat aviabazasına endirdiyi "Tomaqavk" raketləri ilə bağlı bəzi məlumatlar yayımlanıb.

Teleqraf.com Türkiyə mediasına istinadla həmin məlumatları təqdim edir:

"Tomaqavk" raketlərinin hər birinin qiyməti 1,6 milyon dollardır. Hücum zamanı ABŞ 59 raket atıbsa, bunun ümumi dəyəri 94,4 miylon dollar edir. "Tomaqavk" raketlərini gəmi, sualtı qayıq və qurudan istənilən hədəfə tərəf atmaq mümkündür.

Raketin əsas hədəfləri sığınacaqlar, radarlar və qərargah mərkəzləridir. "Ağıllı raket" kimi tanınır. Çünki yerdən az bir məsafədə uçur, qarşısındakı maneələri asanlıqla dəf edir və radara yaxalanmır. Ümumi çəkisi 1600 kiloqram olan bu raketlər 450 kiloqram ağırlığında döyüş başlığına malikdir.

ABŞ ordusunun generalı Dinamiks Rayseonun yaradıcısı olduğu raketlər 1972-1980-cı illərdə hazırlanıb. İlk dəfə 1980-1983-cü illərdə sınaqdan keçirilib və 1983-cü ildə ordunun istifadəsinə daxil edilib.

Hərbi kodu BGM-109 olan "Tomaqavk" raketləri 1991-ci ildə Körfəz müharibəsində istifadə edilib. ABŞ-ın tək İngiltərəyə satdığı bu raketlər 1100 kilometr mənzilə sahib olub.

ABŞ Dəniz Qüvvələri Komandanlığının əmri ilə müharibə zamanı 297 raketin atılması planlaşdırılıbmış. Bunlardan 7-si texniki problemlər səbəbindən kənarda qalıb. Atılan 290 raket ilə 242 hədəf məhv edilib.

Körfəz müharibəsindən sonra "Tomaqavk" raketləri İraq, Serbiya, Yuqoslaviya və Əfqanıstanda istifadə olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər