ABŞ-ın Suriyanın Homs şəhəri yaxınlığındakı Şayrat hava bazasına təşkil etdiyi hücum zamanı prezident Donald Tramp və komandasının keçirdiyi iclasın fotoları Ağ Evin sözçüsü Sean Spicer tərəfindən yayımlanıb.
Teleqraf.com xəbər verir ki, yayılan fotoda prezident Tramp masanın başında əyləşib. Onun yanında xarici işlər naziri Reks Tillerson, ticarət naziri Vilbur Ross, maliyyə naziri Stiven Mnuchin, məsləhətçiləri Jarder Hushner və Stephen Bannon əyləşib.
Qeyd edək ki, sözügedən foto Suriyada Bəşər Əsədin hava bazasına hücumdan sonra, gecə saatlarında çəkilib.
Cavad